İqtisadiyyat

Xəzərdə külək enerjisi ilə bağlı yol xəritəsinin hazırlanması müzakirə edilib

3 Noyabr 2021 09:52
0 Şərh     Baxış: 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Energetika Nazirliyi və Dünya Bankı arasında davam edən uğurlu əməkdaşlıq münasibətlərindən bəhs edilib, birgə həyata keçirilən layihələrin icra vəziyyəti, həmçinin bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Nazirliklə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında imzalanmış dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər, Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerjisi potensialının qiymətləndirilməsi və bu enerjidən istifadə sahəsində yol xəritəsinin işlənib hazırlanması istiqamətində görülən işlər müzakirə edilib, birgə əməkdaşlıq səylərinin Azərbaycanda "yaşıl enerji" istehsalının inkişafına, eləcə də atmosferə atılan karbon emissiyalarının azaldılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.