İqtisadiyyat

Dünya Bankı pandemiyaya qarşı tarixinin ən böyük böhran əleyhinə vəsaitini ayırıb

2 Oktyabr 2021 11:00
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Bankı Qrupu (WB) 2020-ci ilin aprelindən bu ilin sonuna qədər pandemiyanın iqtisadi və sosial təsirləri ilə mübarizə aparan ölkələrə kömək etmək üçün 157 milyard ABŞ dollarlıq tarixinin ən böyük böhran əleyhinə vəsaitini ayırıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Dünya Bankının "Annual Report 2021" hesabatında bildirilib.

Sənədə əsasən, WB ölkələrə səhiyyə ilə bağlı fövqəladə vəziyyəti həll etməyə, milyardlarla dollar dəyərində tibbi ləvazimatlar almağa, COVID-19 peyvəndlərin yerləşdirilməsinə, səhiyyə sistemini və pandemiyaya hazırlığı gücləndirməyə, yoxsulları və həssas təbəqəni qorumağa, iş adamlarını dəstəkləməyə, iş yerləri açmağa, böyüməni təşviq etməyə və sosial müdafiəni genişləndirməyə kömək edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.