İqtisadiyyat

Avropada qazın qiyməti tarixi maksimuma çatıb

29 Sentyabr 2021 18:54
0 Şərh     Baxış: 1 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 040 ABŞ dolları həddini ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumata görə, 29 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 8% artaraq 1 045 dollara yaxınlaşıb. Oktyabr fyuçersinin qiyməti isə min kubmetr üçün 1 032 dollar təşkil edir.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları bir qədər üstələyirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.