İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun növbəti iclası keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlərin müzakirə edildiyi iclasda İşçi Qrupunun ötən görüşlərində qəbul edilmiş qərarların icrası ilə bağlı həyata keçirilən tədbirlər və əldə edilmiş nəticələrə nəzər salınıb. Müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən təqdim edilən məlumatlar dinlənilib. Elektrik enerjisi infrastrukturunun qurulması və müəyyən ərazilərdə qaz nəqli sisteminin layihələndirilməsi məsələləri nəzərdən keçirilib.
Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təminatına dair görülən işlərlə bağlı aparılmış monitorinqin nəticələri barədə məlumat verilib, tikintisi davam etdirilən istilik qazanxanaları, məhəllədaxili istilik xətlər, həmçinin elektrik yarımstansiyaları ilə bağlı görülən tədbirlər haqqında təqdimat diqqətə çatdırılıb.
Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi ilə əlaqədar cari vəziyyət və növbəti addımlar müzakirə edilib.
Cari ilin oktyabr ayında Bakıda təşkil olunacaq "Rebuild Karabakh" - "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində iştirakla bağlı müzakirələr aparılıb, Qarabağda "yaşıl enerji" zonasının yaradılması üzrə quraşdırılacaq stendin Qarabağ bölgəsinin sürətli bərpası və xarici investorların cəlb edilməsi üçün əlverişli imkanlar yaratmasının əhəmiyyətindən bəhs edilib. Sərgidə iştirakla bağlı təşkilati və dizayn məsələlərinin həlli məqsədilə Energetika Nazirliyinin müvafiq Əmri ilə yaradılmış İşçi Qrupu tərəfindən hazırlanmış təkliflər təqdim edilib.
İclasda işğaldan azad olunmuş ərazilərin ümumi planı barədə məruzələr dinlənilib. İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb, həyata keçiriləcək tədbirlərin aidiyyəti qurumlarla davamlı müzakirə edilməsi tövsiyə edilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
Qiymətli metallar ucuzlaşır
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi
-
Dənizkənarı bağ evləri mövsüm ərzində 60 000 manatadək gəlir gətirir - ARAŞDIRMA
-
Bakıda zoomağaza açmaq sərfəlidirmi? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti ilə görüşündən görüntülər paylaşılıb (Video)
-
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub





