İqtisadiyyat

Azərbaycan və İsrail mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

25 Avqust 2021 16:52
Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 25-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə ikitərəfli görüşdə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.

İsrailin Azərbaycandakı Səfirliyindən bildirilib ki, AZAL rəhbərliyi qeyd edib ki, COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, "Azərbaycan Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.

Corc Dik, öz növbəsində, vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri "ISR Air" və "Arkia Airlines" Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır.

Tərəflər, karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.