“Buta Airways” aviaşirkəti İzmirə reyslərin sayını artırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aşağıbüdcəli aviadaşıyıcı "Buta Airways" 30 iyul tarixindən etibarən Bakıdan Türkiyənin kurort şəhəri olan İzmirə xüsusi reyslərin sayını artırır.
"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, yay uçuş cədvəli çərçivəsində, həftədə üç dəfə (çərşənbə, cümə və bazar günləri) Bakı-İzmir-Bakı istiqamətində yerinə yetirilən gündəlik reyslərə daha bir reys əlavə olunacaq. Bununla da bu istiqamətdə reyslərin sayı həftədə 10 dəfəyə çatdırılacaq.
Ölkədə epidemioloji vəziyyətlə və məhdudiyyətlərin tətbiqi ilə əlaqədar aviaşirkət biletləri yalnız iki tarif - "Standart" və "Super" tarifləri üzrə təklif edir.
Hər iki tarifə təyyarədə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.
Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz. Aviabiletin dəyəri 55 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Pandemiya ilə əlaqədar tətbiq edilən bütün rəsmi prosedurlardan əvvəlcədən keçmək üçün sərnişinlərə qeydiyyatdan üç saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey
Azərbaycana gələn sərnişinlərin həmçinin ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaları tövsiyə edilir: https://www.butaairways.az/az/covid/azerbaijan
Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı ötən il dekabrın 6-dan İzmirə xüsusi reyslər həyata keçirir.
Onu da qeyd edək ki, Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanmış şəxsiyyət vəsiqəsi ilə səfər haqqında protokola əsasən, 2021-ci ilin 1 aprel tarixindən etibarən iki ölkə vətəndaşları sadəcə yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə birbaşa səfərlər edə bilərlər.
Xəbərləri və yenilikləri sosial şəbəkələrdəki rəsmi Buta Airways səhifələrində izləyə bilərsiniz:
• facebook.com/ButaAirways
• instagram.com/ButaAirways
• twitter.com/ButaAirways
• vk.com/ButaAirwaysru
• t.me/ButaAirways
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
XƏBƏR LENTİ
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan





