USAİD Astara və Yardımlıda infrastrukturun yaxşılaşdırılmasında vətəndaş iştirakçılığına dəstək göstərir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Astara və Yardımlı rayonlarının sakinləri kənd yollarının asfaltlanması və suvarma suyunun yaxşılaşdırılması istiqamətində icma infrastrukturunu təkmilləşdirməyə yönəlik layihələrə öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində həyata keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Astaranın Fətəlioba və Pensər kəndlərində yeni salınmış toplam 1,85 kilometrlik yollar bu iki icmada yaşayan 6,100-dən çox sakininin yaşayış şəraitini yaxılaşdıracaq. İcma sakinlərinin digər kəndlərlə əlaqələri, rayon mərkəzinə çıxışları yaxşılaşacaq, habelə sağlamlıq, təhsil, biznes və digər xidmətlərdən yararlanmaq üçün daha yaxşı imkana sahib olacaqlar, o cümlədən kənd təsərrüfatı məhsullarını vaxtında bazara çıxara biləcəklər. Yeni yollar icma sakinlərinə, xüsusilə uşaq və yaşlılara iqtisadi, sosial və ətraf mühit baxımından müsbət təsir göstərəcək.
Yardımlının Nisəqala kəndində yeni salınmış su xətti kəndin 1,200-dən çox sakininin suvarma suyuna əlçatanlığını yaxşılaşdıracaq. İcma üzvləri kənd təsərrüfatı məhsullarının istehsalını və keyfiyyətini, münbit torpaqlardan istifadəni, habelə kənd təsərrüfatı fəaliyyətlərindən gəlirlərini artıra biləcəklər. Layihə kənd sakinlərinin həyat standartlarını yaxşılaşdırılmasına töhfə verəcək və icmanın ümumi inkişafına müsbət təsir göstərəcək.
Həmin layihələr USAID, Azərbaycanın hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlik səylərinə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib. USAID-in SEDA adlı layihəsi İqtisadiyyat nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 149 kənddə 377.200-ə yaxın insanın faydalana biləcəyi 171 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu layihələr sırasında yerli iqtisadiyyatı dəstəkləyən fəaliyyətlər, tibb məntəqələri, yol, su və suvarma sistemləri və məktəblərin təmiri olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü
-
Azərbaycan vasitəsilə Ermənistana 280 ton buğda göndərildi
-
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib - FOTO
XƏBƏR LENTİ
-
Yay gecələrini zəhərə çevirən ağcaqanadlara qarşı ən effektiv üsullar
-
Qabyuyan maşın daha yaxşı yuyur, yoxsa əl?
-
Bir neçə qəpik xərclə maşında xoş ətir yaradın
-
Qovurma bişirərkən ən çox edilən 5 səhv
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
“A.B.İ.”də yeni sima
-
Günün qoroskopu: Maddi mövzularda yeni fürsətlər qarşınıza çıxa bilər
-
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - FOTO
-
Roza Zərgərli Kadırovla görüşdü - FOTO
-
Cüdoçularımız Avropa Kubokunun son günündə dörd medal qazanıblar
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Manqalda dana ətini yumşaq etməyin 4 yolu
-
Bakı səması indilərdə - FOTO
-
Müəllim vəfat etdi - FOTO
-
Joze Mourinyonun "Real Madrid" planı
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO
-
Oğlunun sürprizi onu kövrəltdi
-
Myanmada dəhşətli partlayış - 46 nəfər öldü - VİDEO
-
Güləş üzrə Azərbaycan çempionatında dava - VİDEO
-
Dünya ulduzu ərə getdi - FOTO
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Əlcəzair prezidenti Əlcəzair-Azərbaycan enerji sazişini təsdiqləyib
-
Arda mövsümün ən yaxşısı seçildi
-
“Toyota Prius” 15 yaşlı qızı vurdu - FOTO





