“Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 10-11 iyun tarixlərində "Kənddən Şəhərə" yarmarkalaraı təşkil olunacaq.
Yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq. Yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatlarını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlər nəzərə alınaraq vətəndaşların rahatlığını təmin etmək üçün budəfəki "Kənddən Şəhərə" yarmarkaları həftənin cümə və cümə axşamı günlərində keçiriləcək.
Yarmarkalarda satışa çıxarılacaq bütün məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən yerli fermerlər tərəfindən yetişdirilir. Məhsulların satışını da birbaşa həmin fermerlər həyata keçirirlər. "Kənddən Şəhərə" yarmarkalarında 40-a yaxın regiondan 100-dan artıq fermer tərəfindən 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışı baş tutacaq.
Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşlar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə buraxılacaqlar. Həmçinin, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq.
"Kənddən şəhərə" yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)





