Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan "OPEC plus" ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib.
Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan bu dəfə də pandemiyadan irəli gələn qeyri-müəyyənliklər şəraitində neft bazarında müsbət dinamikanın qorunub saxlanması məqsədilə "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində neft istehsalçılarının konsensus əsasında fəaliyyətinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ də risklərin aradan qalxmadığını vurğulayaraq bildirib ki, tənzimləmə prosesinə ehtiyatlı yanaşma öz aktuallığını saxlayır: "Hazırkı qiymət artımını neftə təlabat göstəricilərindən çox movcud qlobal konyuktura şərtləndirir. Neftin bahalaşması tələbatla əlaqəli olduqda, fundamental faktorlara əsaslandıqda dayanıqlı olur. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır."
Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. "OPEC plus" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barrel təşkil edəcək.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, "OPEC plus" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə "OPEC plus" ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel azaldılmasına qərar verilmişdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çimərliklərində dəniz suyu 26 dərəcəyədək isinəcək
-
Yasamal rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb
-
Vüsalə "İncə səhər"dən getdi
-
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
-
DÇ finalına bilet qiymətləri rekord qırdı - Siyahı
-
ADY qida məhsullarının daşınmasını 35 faiz artırıb
-
Ceyhun Bayramov Lavrovla görüşdü
-
Sağdan ötməyə hansı hallarda icazə verilir?
-
Rəqsanə oğlu ilə hovuz kənarından videosunu yaydı
-
Şagirdlər üçün “ağıllı müəllim”: Yeni sistem hazırlanır
-
Xaçmaz heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq
-
Vaqif Nəbiyev vəfat etdi
-
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
-
Şəbnəm Tovuzludan onunla şəkil çəkdirmək istəyən kişiyə sərt reaksiya - (Video)
-
Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı - (Video)
-
Temperatur 38 dərəcəyə qalxacaq - Proqnoz
-
Quzu əti bahalaşıb: Qiymətlər 25 manata çatır
-
Şuşanın sədası, Ağ Evin əks-sədası
-
Erlinq Haaland sevgilisi ilə görüntüləndi – Gözəlliyi müzakirə yaratdı - (Video)
-
Heydər Əliyev Mərkəzinin binası Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb
-
Samir Şərifov sədr təyin edildi
-
İsrail parlamenti fəaliyyətini dayandırdı
-
Bazarlarda yeni qayda: Açıq məhsullar etiketlənəcək - (Foto)
-
Xalq şairi reanimasiyadadır





