İqtisadiyyat

TAP-la birləşəcək IGB interkonnektorunun tikitisi ləngiyir - SƏBƏB

5 Fevral 2021 14:02
Baxış: 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin reallaşdırılması Bolqarıstanda ötən ilin martından koronavirus pandemiyası ilə əlaqədar davam edən fövqəladə vəziyyət səbəbi ilə ləngiyir.

Milli.Az bu barədə ICGB AD layihə şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, layihəni 2020-ci ilin sonunda başa çatdırmaq planlaşdırılırdı. Amma COVID-19 pandemiyasının başlanması layihənin reallaşmasına mane olan başlıca amil oldu. Bolqarıstanda və Yunanıstanda tətbiq olunan hərəkət məhdudiyyətləri, eləcə də Avropa İttifaqının digər ölkələri ilə əlaqələrin məhdudlaşdırılması tikinti sürətinin azalmasına səbəb olub.

Hazırda layihə üzrə podratçı olan Yunanıstanın J&P AVAX SA şirkəti layihənin müddətinin 2021-ci ilin sonunadək uzadılması üçün müraciət edib.

Qeyd edək ki, IGB layihəsinin tikintisinin 52 faizi başa çatıb və layihənin bu ilin sonunadək hazır olunnması gözlənilir.

IGB daha sonra Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) ilə birləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.