Fındıq bağları üçün əkin subsidiyasının şərti açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birdəfəlik əkin subsidiyası ödənilməsi üçün yeni intensiv fındıq bağlarının torpaq kateqoriyası nəzərə alınacaq.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2021-ci ildə intensiv üsulla saldığı fındıq bağının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyası almaq istəyən fermerlər bağın meşə fondunun boş torpaqlarında, yaxud da dağlıq/dağətəyi zonalarda yerləşməsinə diqqət yetirməlidirlər.
Birinci halda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən kateqoriyası meşə fondu olan torpaqlar birdəfəlik əkin subsidiyası üçün nəzərə alınacaq.
Dağlıq/dağətəyi zonalarda salınacaq fındıq bağlarına isə təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası kənd təsərrüfatı, məqsədli təyinatı (uqodiyası) əkin, çoxillik əkmə və ya dinc olan müraciətlər birdəfəlik əkin subsidiyasında nəzərə alınacaq. Torpaq dəniz səviyyəsindən 200-1500 m hündürlükdə yerləşməlidir.
Birdəfəlik əkin subsidiyası üçün fermerlər 1 fevral - 31 may tarixləri aralığında müraciət edə bilərlər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə EKTİS-də qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS (coğrafi informasiya sistemi) vasitəsilə monitorinqi aparılacaq. Birdəfəlik əkin subsidiyasını ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır. Bu şərtlərə sahib olmayan fındıq bağları tək əkin subsidiyası ala biləcək. Qeyd edək ki, Aqrar Subsidiya Şurasının 2019-cu il qərarı ilə intensiv üsulla salınmış fındıq bağlarının hər hektarına ilk 4 il ərzində 400 manat verilməsi nəzərdə tutulmuşdu. 4 ildən sonra isə bağların hər hektarına görə bağ sahibi 240 manat subsidiya alacaq. 2021-ci ildən etibarən intensiv bağlarda bağ sahibinə ilk 4 il ərzində hər hektara 700 manat əkin subsidiyası, sonrakı illərdə və ənənəvi bağlara isə 240 manat əkin subsidiyası ödəniləcək.
Birdəfəlik subsidiya məbləği müraciət təsdiqləndikdən sonra Fermer Kartı-na köçürüləcək. Vəsaitin 75%-i həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək. Vəsaitin bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulmasına və kredit borclarına yönləndirilməsi mümkün olacaq. Vəsaitin 25%i isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınması üçün digər xərclərə (aqrotexniki xidmət və s.) istifadə oluna bilər.
Xatırladaq ki, ötən ildən etibarən, fermerlər subsidiya üçün Elektron Kənd Təsərrüfatatı İnformasiya Sistemi üzərindən onlayn müraciət edir və subsidiyalar "Fermer Kartı"na ödənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
Qiymətli metallar ucuzlaşır
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi
-
Dənizkənarı bağ evləri mövsüm ərzində 60 000 manatadək gəlir gətirir - ARAŞDIRMA
-
Bakıda zoomağaza açmaq sərfəlidirmi? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti ilə görüşündən görüntülər paylaşılıb (Video)
-
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub





