İqtisadiyyat

Bakı metrosu qatarlarda “Tetra” radio-rabitə avadanlıqları quraşdırmağa başladı

8 Yanvar 2021 18:44
Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metropoliteninin Bənövşəyi xəttə quraşdırılan müasir sistemlərin tələblərinə uyğun olaraq, daha 4 qatar tərkibində "Thales" şirkətinin işarəvermə və "Tetra" radio-rabitə avadanlıqları yerləşdirilib.

Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, həmin qatarlar Bənövşəyi xəttə göndərilib və hazırda istismar olunmaq üçün müvafiq tədbirlər yerinə yetirilir.

Təmir zamanı modernləşdirmə tədbirlərinə cəlb edilən qatarlarda Rusiyanın "Spetsavtomatika" müəssisəsinin vaqon idarəetmə sistemi, "Knorr Bremse"nin yeni nəsil kompressor aqreqatı, iki tipdə yeni kontaktorlar, habelə xətti kontaktorlar yeşiyi, "Seşeron" şirkətinin yeni tipli tezsöndürən elektrik açarı, kompressor inventoru, vaqonlararası əlaqə üçün müasir "Hartinq" sistemi, "Kamotsi" pnevmatik qapı inteqalı və maşinist kabinalarında tavan tipli havalandırıcılar tətbiq olunub. Bu yeniliklər ən müasir qatarlarda həyata keçirilir və nəticədə əvvəlki nəsil qatarların idarəetmə sistemləridır. Onlar vaqonlara xidməti sadələşdirilməklə, qulluğu asanlaşdırır, daha uzunömürlüdürlər. Ən vacibi, vaqonların ümumi texniki xarakteristikası bərpa olunmaqla idarəetmə rəvanlığı təhlükəsizliyi və etibarlığı artırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.