İqtisadiyyat

"Bitcoin"nin qiyməti 37 min dollara çatıb

7 Yanvar 2021 12:50
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bitcoin"in dəyəri bir daha tarixi maksimumunu yeniləyərək 37 min dollar səviyyəsini aşdı.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "CoinMarketCap" portalı məlumat yayıb.

20-dən çox birjaların orta qiymətini hesablayan "CoinMarketCap"in məlumata görə, bu gün səhər saatlarında "Bitcoin" 7,8% bahalaşaraq 36 850 dollara yüksəlib.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası olan "Binance"da "Bitcoin" 8,4% artaraq 36 810 dollaradək bahalaşıb.

Bir müddət əvvəl isə "Bitcoin"in qiyməti ilk dəfə 37 min dollar səviyyəsini aşaraq yeni maksimuma yüksələrək 37 002 dollara çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.