İqtisadiyyat

Azərbaycan və İran Araz çayı üzərindəki iki layihəni müzakirə ediblər

17 Dekabr 2020 20:57
Baxış: 1 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan və İran İslam Respublikası arasında Araz çayı üzərində tikilməkdə olan Xudafərin-Qız qalası və Ordubad - Marazad layihələri üzrə Texniki Komissiyaların növbəti iclasları Naxçıvanda keçirilib.

Bu barədə Milli.Az-a Energetika Nazirliyindən bildirilib.

"Ordubad" və "Marazad" Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında" Sazişlə tərəflərə həvalə edilmiş tapşırıqların, habelə "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin müvafiq maddələrində nəzərdə tutulmuş tədbirlərin müzakirəsi məqsədilə müvafiq Texniki Komissiyaların növbəti görüşü dekabrın 14-16-da Naxçıvan Muxtar Respublikasında keçirilib.

İclasların əsas müzakirə mövzuları "Xudafərin" bəndində İran İslam Respublikası tərəfindən görülmüş işlər, su altında qalan Azərbaycan ərazilərinə dəyən ziyanın dəqiqləşdirilməsi və digər məsələlər olub. Görüşlər çərçivəsində, həmçinin "Ordubad" Su Elektrik Stansiyasının tikintisi aparılan əraziyə yerində baxış keçirilib və daha sonra tikinti prosesinin sürətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Eyni zamanda, "Marazad" SES-in tikilməsi ilə əlaqədar əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərin davam etdirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.