Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020 ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə kənd təsərrüfatına ayrılan kredit və güzəştlərdən 5623 fermer və sahibkar faydalanıb.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu ildə AKİA kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manatdan artıq kredit ayırıb. Bu vəsaitin 32 milyon manatdan çoxu mikrokredit və digər təyinatlı kreditlər, 33.4 milyon manatı isə kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün ayrılan kreditlərdir.
Ayrılan kredit vəsaitinin 20.6 milyon manatı mikrokreditlərin payına düşüb. Mikrokreditlərdən 2200 nəfərdən artıq fermer faydalanıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.
Hesabat dövründə fermerlərin texnika və damazlıq heyvan almasına AKİA tərəfindən 75.7 milyon manatdan artıq subsidiya verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
XƏBƏR LENTİ
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı





