Ölkə

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

10 Sentyabr 2026 14:01
Baxış: 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra "Minatəmizləmə sahəsində xidmətlərinə görə" medalı ilə təltif edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.