Cəmiyyət

“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb

10 Sentyabr 2026 12:39
Baxış: 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, "İnkişaf Korporasiyası" QSC-nin və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı, "Paşa Holdinq"in maliyyə dəstəyi ilə "Qarabağ KOB-ları" layihəsi çərçivəsində növbəti peşə təlimləri uğurla başa çatıb.

Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından bu təlimlərə cəlb edilən şəhid ailələrinin üzvlərindən, müharibə veteranları və ya onların ailə üzvlərindən ibarət 55 nəfərə təlimləri uğurla tamamladıqlarına dair sertifikatlar təqdim olunub.

Növbəti mərhələdə iştirakçılar Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunacaq. Onların təqdim etdikləri biznes planlarına uyğun olaraq müvafiq avadanlıqlarla təmin edilmələri, kiçik və orta biznes subyektlərinin yaradılması nəzərdə tutulur.

Dörd ildir ki, fəaliyyət göstərən "Qarabağ KOB-ları" layihəsinin məqsədi şəhid ailələrinin üzvləri, müharibə veteranları və ya onların ailə üzvlərinin sahibkarlıq bacarıqlarının inkişafına, maddi və sosial rifahının yaxşılaşdırılmasına, yaşadıqları ərazilərdə yeni bizneslərinin və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir. Həmçinin, layihə işğaldan azad edilmiş ərazilərdə və ətraf rayonlarda müxtəlif xidmət və peşə sahələri üzrə yerli kadr potensialının güclənməsinə, sakinlərin məşğulluğunun artırılmasına da öz töhfəsini verir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.