Cəmiyyət

"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)

10 Sentyabr 2026 11:48
Baxış: 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC media nümayəndələri üçün "Qələmdən süni intellektə" mövzusunda təlim təşkil edib.

40-a yaxın jurnalistin iştirak etdiyi təlimdə "AzInTelecom"un rəqəmsal xidmətlər sahəsindəki fəaliyyəti və müasir texnoloji həlləri diqqətə çatdırılıb. Şirkətin Azərbaycanın rəqəmsal inkişafındakı strateji rolu, milli data mərkəzləri, superkompüter infrastrukturu və kibertəhlükəsizlik xidmətləri barədə məlumat verilib. Bundan başqa, SİMA ekosistemindəki ən son yeniliklər, funksionallıqlar və platformanın rəsmi maskotu "Simi" təqdim edilib. Daha sonra ənənəvi mətbuatdan rəqəmsal kommunikasiyaya keçid mövzusunda jurnalistlərə təlim keçirilib.

İnteraktiv formatda baş tutan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda jurnalistlər üçün mini viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AzInTelecom-un bu təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq, həmçinin ölkəmizdə rəqəmsal xidmətlərə dair informasiyaların daha geniş işıqlandırılmasına dəstək olmaq məqsədi daşıyır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.