İqtisadiyyat

Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib

26 Noyabr 2020 11:39
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə trans-milli siqaret şirkətləri ilə əməkdaşlıq məqsədilə Azərbaycan tütün nümunələri Braziliya və Almaniyada dünyanın aparıcı laboratoriyalarına göndərilib.

Milli.Az bildirir ki, bunu Trend-ə "Azərbaycan Sənaye Korporasiyası"nın istehsal və əməliyyat departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, "Azərtütün ASK" MMC Beynəlxalq Tütünçülər Assosiasiyasının üzvüdür. Bu təşkilata 23 ölkə daxildir:

"2021-ci ildə aqrotexniki tədbirlərin təkmilləşdirilməsi hesabına tütün istehsalını 30 faizədək artırmaq planlaşdırılır. Bu il istehsal əkin sahələrinin genişləndirilməsi hesabına artırıldı, gələn il isə bu, aqrotexniki tədbirlər hesabına mümkün olacaq "

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.