İqtisadiyyat

Azərbaycanda benzin istehsalı artıb

23 Noyabr 2020 17:41
Baxış: 1 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 520,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,2 faiz azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, neft məhsullarından neft bitumunun istehsalı 46,0 faiz, sürtkü yağlarının istehsalı 9,1 faiz, avtomobil benzininin istehsalı 1,1 faiz artmış, dizel yanacağının istehsalı 1,2 faiz, ağ neftin istehsalı 16,9 faiz, neft koksunun istehsalı 17,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,4 faiz, yanacaq mazutunun istehsalı 51,7 faiz azalmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.