İqtisadiyyat

Bu il Azərbaycana yatırılan investisiyanın həcmi açıqlanıb

16 Noyabr 2020 18:24
Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 milyard 540,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,9 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 7 milyard 598,1 milyon manatı və ya 65,8 faizi məhsul istehsalı sahələrinə, 2884,6 milyon manatı (25,0 faizi) xidmət sahələrinə, 1057,5 milyon manatı (9,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 390,1 milyon manatını və ya 64,0 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 281,6 milyon manatı və ya 63,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3 faiz, büdcə vəsaitləri 24,1 faiz, bank kreditləri 6,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, sair vəsaitlər 3,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.