İqtisadiyyat

Bakıda torpaq sahələri bahalaşıb

5 Noyabr 2020 10:15
Baxış: 1 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin sentyabrında Bakıda təkrar mənzil bazarında qiymətlər ötən ilin sentyabrı ilə müqayisədə 1,81 faiz artıb.

Milli.Az bildirir ki, bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Sentyabr ayında təkrar mənzil bazarında bir kvadrat metrin qiyməti 1 739 manat təşkil edib.

İlkin mənzil bazarında isə qiymətlər ötən ilin sentyabrı ilə müqayisədə 1,28 faiz azalaraq kvadrat metr üçün 1 316 manat təşkil edib.

Bundan başqa, sentyabr ayında torpaq sahələri ötən ilin sentyabrı ilə müqayisədə 12,46 faiz bahalaşıb.

Bağ evləri və fərdi evlər bazarında isə ötən ilin sentyabrı ilə müqayisədə 9,85 faiz azalma qeydə alınıb.

Sentyabr ayında obyektlərin icarəsi ötən ilin eynid dövrü ilə müqayisədə 7,69 faiz ucuzlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.