10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinin ilkin mərhələsində 10 rayondan olan 32 qadın fermerə texniki dəstək göstərilib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, ilkin mərhələnin sonunda layihənin tələblərinə uyğun gələn və keçirilən təlimlər modulunu uğurla tamamlayan Balakən, Şamaxı, Qusar, Sabirabad, Neftçala və Masallı rayonlarında fəaliyyət göstərən qadınlar ehtiyaclarına uyğun olaraq müxtəlif texniki avadanlıqlarla təmin olunublar. Onlara fəaliyyət göstərdikləri sahələrə müvafiq olaraq balsüzən aparat, arı yeşikləri, seperator, yağ çəkən aparat, süd sağan maşın, yem və dən üyüdən maşınlar, meyvə qurudan aparat və digər avadanlıqlar verilib.
Qeyd edək ki, layihədə iştirak etmək üçün ilkin mərhələdə 500-dən artıq qadın fermer müraciət edib. İndiyədək 72 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılıb. Tələb olunan şərtlərə uyğun gələn qadın fermerlər layihədə iştirak haqqı qazanıblar. Layihədə iştirak edən qadın fermerlərə texniki dəstəklə yanaşı, konsultasiya və təlim dəstəyi də göstərilir.
Xatırladaq ki, müraciətlərin davam etdiyi AFAQ layihəsi aqrar sahədə fəaliyyət göstərən qadınların fəaliyyətini dəstəkləmək, onların bilik və bacarıqlarını artırmaq məqsədi ilə icra edilir. 2020-2021-ci illəri əhatə edəcək layihə çərçivəsində ümumilikdə 200-ə yaxın qadın fermerə dəstək göstərilməsi nəzərdə tutulur.
Layihəyə müraciət etmək istəyən qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə, eləcə də DAİM-lərə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
XƏBƏR LENTİ
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)





