İqtisadiyyat

"ADY Express” Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınmasına başlayacaq

18 Sentyabr 2020 13:13
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin sonunadək və 2021-ci ildə "ADY Express" tərəfindən Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınması planlaşdırılır.

Milli.Az bildirir ki, bunu Trend-ə "ADY Express" MMC-nin mətbuat xidmətinin rəhbəri İlham Abdulov deyib.

O bildirib ki, yeni növ yüklər oduncaq, taxıl və kömür olacaq:

"Hazırda "ADY Express" tərəfindən Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əsasən metal (polad) daşınır. Bu yüklər əsasən Maqnitoqorsk metallurgiya kombinatının məhsuludur".

İ.Abdulov qeyd edib ki, bu müəssisənin məhsulunun "ADY Express" tərəfindən son məntəqəyə nəqli müddəti 15-17 gün təşkil edir:

"Yüklər Rusiyadan Azərbaycan və Gürcüstandan tranzitlə Qarsa daşınır. Dəmir yolu ilə məsafənin uzunluğu 5 min kilometrə bərabərdir. Bizim bu müəssisələrlə əməkdaşlığımız 2018-ci ildə başlayıb və bu gün də uğurla davam edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.