Mineral gübrələrin səyyar satışına başlanılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni əkin mövsümünün başlaması ilə əlaqədar olaraq "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin - ammofos, kükürdlü ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.
Daxil olan müraciətlərə əsasən hər gün 4 qrup olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində paralel olaraq səyyar xidmət göstərilir. Bundan başqa, səyyar satışla yanaşı, ASC-nin rayon bölmələri də mövsümlə əladar olaraq şənbə günləri daxil olmaqla fermerlərin mineral gübrəyə olan tələbatının ödənilməsi üçün fəaliyyət göstəririlər.
Bu mövsümdə regionlar üzrə keçirilən səyyar satışa ilk olaraq Hacıqabul, Şəmkir, Xaçmaz və Cəlilabad rayonlarındakı ucqar kəndlərdən start verilib.
Təşkil olunan səyyar satışlarda payızlıq əkin mövsümünün başlanıldığından fosforlu və kaliumlu gübrələrə olan tələbata əsasən ammofos, kükürdlü ammofos və nitroammofoska gübrələrinin satışı nəzərdə tutulub. Əlavə olaraq digər təyinatlı gübrələrə tələbat olduğu təqdirdə fermer həmin gübrələrlə də təmin edilir.
Qeyd edək ki, səyyar satış zamanı artıq heç bir sənədin təqdim edilməsinə ehtiyac yoxdur. Mineral gübrələri şəxsiyyət vəsiqəsi və "Fermer kartı" vasitəsi ilə asanlıqla əldə etmək mümkündür. Gübrənin dəyərinin 70%-i fermerin fermer kartında olan məbləğdən, 30%-i isə fermerin öz vəsaiti hesabına ödənilir. Ödəniş pos-terminal və səyyar bank terminalları vasitəsilə ilə yerindəcə, uzaq məsafə qət etmədən yerinə yetirilir.
Xatırladaq ki, "Aqroservis" ASC tərəfindən mineral gübrələrin səyyar satışları 2019-ci il fevral ayında etibarən təşkil edilir və bu günə kimi respublikanın bütün regionlarını əhatə edən çoxsaylı səyyar satış xidmətindən minlərlərə fermer və kəndlilər yararlanıblar.
Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və (+99451) 229-32-07 nömrəsinə müraciət edə bilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
-
Neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi





