İqtisadiyyat

Qazaxıstan və Rusiya Azərbaycana düyü tədarükünü artırıb

3 Sentyabr 2020 17:22
Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin birinci yarısında Avrasiya İqtisadi İttifaqı ölkələri Azərbaycana 73,6 milyon dollar dəyərində 358,4 milyon kiloqram buğda tədarük edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının hesabatına istinadən məlumat verir.

Azərbaycana buğda tədarükünün 97,9 faizi Rusiyanın (72,05 milyon dollar), 2,1 faizi Qazaxıstanın (1,5 milyon dollar) payına düşüb.

Hesabat dövründə Azərbaycana həmin ölkələrdən 2,03 milyon dollar məbləğində 12,1 milyon kiloqram arpa tədarük edilib. Bunun 99 faizi (2,01 milyon dollar) Rusiyanın, 1 faizi (20,3 min dollar) Qazaxıstanın payına düşüb.

Hesabata əsasən, 2020-ci ilin birinci yarısında Azərbaycana tədarük edilən qarğıdalının həcmi 41, 8 milyon kiloqram, məbləği 7,29 milyon dollara bərabər olub. Bu göstəricinin 7,27 milyon dolları Rusiyanın, 14,5 min dolları Qazaxıstanın payına düşüb

Bu dövr ərzində Qazaxıstan və Rusiya Azərbaycana 3,6 milyon dollar məbləğində 7,3 milyon kiloqram düyü tədarük edib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 54,2 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.