Asiya İnkişaf Bankı (AİB) 2021-2023-cü illərdə Azərbaycana ümumilikdə 780 milyon dollar məbləğində kredit ehtiyatları ayırmağa hazırdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, biznes-plana əsasən, 2021-ci ildə AİB təhsil, irriqasiya, biznesin dəstəklənməsi, iqtisadi islahatlar və dəmir yollarının inkişafı sahələrində layihələrin reallaşdırılması üçün kreditlər ayıracaq.
Qeyd olunur ki, 2021-ci ildə 85 milyon dollar, 2022-ci ildə 370 milyon dollar, 2023-cü ildə isə 325 milyon dollar kreditin ayrılması nəzərdə tutulur.
Bundan başqa, AİB 2021-2023-cü illərdə Azərbaycana 4,5 milyon dollar məbləğində texniki yardım göstərəcək.
Qeyd edək ki, Azərbaycan hökuməti öz növbəsində irriqasiya və drenaj sistemlərinin inkişafına layihələrinə əlavə 15 milyon dollar ayırıb. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Cənub dəmir yolu sahəsinin bərpasına isə hökumət 20 milyon dollar ayırıb.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                        .png) 
                         
                         
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .png) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .png) 
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                    
                                    