İqtisadiyyat

“Azərkosmos” 27 ölkəyə 28,1 milyon dollar dəyərində xidmət ixrac edib

31 Avqust 2020 17:17
Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyul aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 27 ölkəsinə 28,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"ında qeyd olunur.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım deməkdir. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin iyul ayında isə "Azərkosmos" ASC dünyanın 19 ölkəsinə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

"Azərkosmos" ASC-nin 2020-ci ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.