Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 33 134,9 min ABŞ dolları dəyərində 114 605,6 ton neft və neft yağları idxal edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilir ki, Azərbaycandan idxal olunan məhsulun dəyəri illik ifadədə 31 051,8 min dollar və ya 48,3%, həcmi isə 1 841,7 ton və ya 1,6% azalıb. Belə ki, 2019-cu ilin analoji dövründə Gürcüstan Azərbaycandan 64 186,7 min dollar dəyərində 116 447,3 ton neft və neft məhsulları idxal edib.
Milli.Az