İqtisadiyyat

Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilər

4 Avqust 2020 15:01
Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən də faydalana bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bunun üçün onlar elektron platforma və Ərazi Məşğulluq Mərkəzləri ilə yanaşı, Bakı şəhəri və ölkə regionlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edə bilərlər.

İndiyədək 300-dək vətəndaş KOB dostlarının bu istiqamətdə dəstəyindən faydalanıb. Onlara proqrama qoşulmaq üçün müvafiq qaydalar, lazım olan sənədlər barədə informasiya, Ərazi Məşğulluq Mərkəzləri ilə əlaqələndirmə, elektron sistemdə qeydiyyatdan keçmək üçün texniki dəstək göstərilib.

Həmçinin, KOBİA proqrama qoşulmuş vətəndaşlar üçün təlimlərin təşkili, proqrama uyğun gələn vətəndaşların təsərrüfatına baxış, onlara aktivlərin (mal, material və digər əmlak) verilməsi proseslərində də aktiv iştirak edir. Özünüməşğulluq proqramını uğurla başa vurmuş vətəndaşlar növbəti mərhələdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün də KOBİA-nın dəstək və xidmətlərindən istifadə edirlər.

Özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaratdığından vətəndaşların bu proqrama müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə 2019-cu ildən KOBİA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.