İqtisadiyyat

Şahin Mustafayev: Bu gün su anbarlarında bizim istifadə edə biləcəyimiz 2.3 milyard kubmetr su var

28 İyul 2020 21:47
Baxış: 1 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda çaylarda sululuq bu ilin 6 ayı üçün 46 faiz azalıb, bu çox ciddi nəticədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş Nazirin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, yağıntıların həcmi 2019-cu ildə 17 faiz azamışdısa, bu ilin 6 ayı ərzində 25 faizə qədər azalıb. Bu azalmalar ona gətirib çıxarıb ki, ölkədə su ehtiyatlarının kəskin azalmasına səbəb olub:

"Ölkədə əsas su anbarlarının 20.5 milyard kubmetr su tutumu var, amma bugün bu anbarlarda 10.9 milyard kubmetr su var. Nəzərə alsaq ki, 8.6 milyard kubmetri ölü həcmdir, bundan istifadə etmək olmaz. Deməli, bizim istifadə edə biləcəyimiz 2.3 milyard kubmetr su var".

Baş nazirin müavini bildirib ki, müqayisə üçün keçən ilin bu günündə 12.5 milyard kubmetr, yəni 1.6 milyard kubmetr artıq, 2018-ci ildə isə, 13.8 milyard kubmetr su var idi:

"Əsas su anbarımız olan Mingəçevir su anbarının tutumu 15.7 milyard kubmetrdir, ölü həcmi 7 milyard kubmetrə qədərdir. Bu gün orda 8.6 milyard kubmetr su var cəmi, ötən il bu rəqəm 9.6 milyard kubmetr idi. Bu o deməkdir ki, vəziyyət kifayət qədər gərgindir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.