Kanal D-nin serialı "Eşref Rüya" yüksək reytinqləri ilə ikinci mövsümdə də televiziya tamaşaçılarını ekran qarşısına toplamağa davam edir. Serialda Nisanın bacısı Afra obrazını canlandıran aktrisa Ebrar Karabakan yeni mövsümün ən iddialı layihələrindən biri sayılan "ABİ" serialına transfer olunub.
Milli.Az xəbər verir ki, baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin paylaşdığı "Eşref Rüya"nın Afra obrazı dram dolu ölümü ilə tamaşaçıların qəlbini sarsıtmışdı.
Ebrar Karabakan artıq Kenan İmirzalıoğlu və Afra Saraçoğlunun baş rollarda yer aldığı yeni "ABİ" serialının aktyor heyətinə qatılıb.
Gənc aktrisa bu layihədə Afra Saraçoğlunun yaxın rəfiqəsi Didem obrazını canlandıracaq.
Lalə Qüdrətova
Milli.Az





