Ölkə

Elm və Təhsil Nazirliyində yoxlamalar başladı

31 Oktyabr 2025 11:22
Baxış: 966
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya qurumdan bildirilib. 

Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən "Təhsil Respublika İdman Mərkəzi" publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir.

Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.