Artan iqtisadi qeyri-sabitlik və avtomobil qiymətlərindəki kəskin bahalaşma sürücülərin seçimlərinə də təsir edib. Artıq bir çox insan üçün avtomobil sadəcə nəqliyyat vasitəsi deyil, həm də uzunmüddətli bir sərmayə hesab olunur. Buna görə də, yüksək kilometrlərə baxmayaraq problemsiz işləyən dözümlü modellər daha çox maraq doğurur.
Milli.Az xəbər verir ki, aparılan beynəlxalq araşdırmaya görə, ən dözümlü avtomobillər siyahısına Yapon nəhəngləri - Toyota və Lexus damğa vurub.
iSeeCars analitikləri tərəfindən aparılan tədqiqatda 174 milyondan çox avtomobil təhlil edilib. Nəticələrə əsasən, 400 min kilometrdən çox məsafə qət edən modellərin ilk doqquz yeri Toyota və Lexus markalarına məxsusdur.
Araşdırmada dünya üzrə avtomobillərin cəmi 4,8 faizinin 400 min kilometrə çatdığı müəyyən olunub. Lakin Yapon istehsalçılarında bu göstərici xeyli yüksəkdir.
Ən dözümlü avtomobil modeli kimi Toyota Sequoia birinci yerdə qərarlaşıb. Araşdırmaya görə, bu modelin 39,1 faizi 400 min kilometrdən çox məsafə qət edib.
İkinci yerdə Toyota 4Runner (%32,9), üçüncü pillədə isə Toyota Highlander Hybrid (%32,9) yer alıb.
Bu nəticələr, Toyota-nın hibrid sistemlərinin klassik mühərriklər qədər etibarlı olduğunu göstərib.
İlk beşliyi tamamlayan modellər
Toyota Tundra - %30
Lexus IS - %27,5
Bu avtomobillərin həm SUV, həm də sedan seqmentlərində uzunömürlü və sabit performans sərgilədiyi vurğulanıb.
Siyahının davamında yer alan digər dözümlü modellər belədir:
Toyota Tacoma - %25,3
Toyota Avalon - %18,9
Lexus GX - %18,3
Lexus RX Hybrid - %17
Bu nəticələr Yapon mühəndisliyinin keyfiyyət və etibarlılıqda sabitliyini bir daha təsdiqləyib.
Toyota və Lexus-dan sonra Honda da üç modeli ilə siyahıya daxil olub:
Honda Ridgeline - %14,7
Honda Pilot - %13,1
Honda Odyssey - %13
Bu modellər xüsusilə ailə və uzun məsafə sürüşlərində etibarlılığı ilə fərqlənib.
Mütəxəssislər bildirir ki, ikinci əl bazarında Toyota və Honda modelləri bahalı olsa da, uzunömürlü investisiya sayılır.
Güclü mühərrik quruluşu sayəsində bu avtomobillər böyük texniki nasazlıqlara qarşı daha dözümlüdür və 400 min kilometrdən çox ömürləri ilə "ömürlük avtomobillər" kimi dəyərləndirilir.
Lalə Qüdrətova
Milli.Az
 PUL
PUL 
                
                             
                        .jpg) 
                        .png) 
                        .png) 
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                    .png) 
                     
                     
                    .png) 
                     
                     
                    .jpg) 
                    .png) 
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        