Avto

Çin maşını sürənlərin üzləşdiyi əsas problemlər

30 Yanvar 2026 00:25
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi ölkələrdə Çindən gətirilən yeni avtomobillər artıq ikinci əl bazarlarında peyda olur. 

Milli.Az-ın məlumatına görə, ekspertlər bildirir ki, buna səbəb həmin avtomobil sahiblərinin narazılığına səbəb olan əsas məsələ çinlilərin mühərrik resursunun aşağı olmasıdır.

Bundan əlavə, onların elektronikası çox vaxt özünü yaxşı tərəfdən göstərmir. Təkcə qışda deyil, hətta payızda, rütubətli və yağışlı havalarda da problemlər yaradır.

Mütəxəssisəslər vurğulayıb ki, son illərdə Çin avtomobillərinin komfortu ilə bağlı iradlar azalıb. Lakin onların kuzovları tez paslanmağa başlayır. Üstəlik, bu problem daha çox 2020-2021-ci illərdə bazara daxil olmuş avtomobillərdə müşahidə olunur.

Bir çox sahiblər texniki xidmət xərcləri artmamış avtomobillərini satmaq qərarına gəliblər. Bununla belə, belə ikinci əl nəqliyyat vasitələrinə tələbat hələ də yüksək olaraq qalır. (lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.