İdman

"Əl Nassr"da böhran: Ronaldu meydana çıxmaq istəmir, klubda istefalar gözlənilir

3 Fevral 2026 00:23
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubunda böhran dərinləşir.

Milli.Az xəbər verir ki, baş məşqçi Jorje Jezus, köməkçilər Simau və Jose Semedu yaxın saatlar ərzində istefa verə bilərlər.

Eyni zamanda, klubun ulduz futbolçusu Kriştianu Ronaldu hələ də oyuna çıxmaqdan imtina edir.

Ronaldu iddia edir ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) klub daxilinə müdaxilə edir və rəqib komanda "Əl-Hilal"a üstünlük göstərir.

Ronaldu hələ rəsmi açıqlama verməyib, lakin onun mövqeyi aydındır: PIF daxili sabotajı aradan qaldırmalı və klub idarə heyətinin səlahiyyətlərini bərpa etməlidir ki, o meydana çıxsın. (Offsideplus.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.