Kriminal

“Evdən nəsə götürürmüş, uşaq içəri girəndə baltadan istifadə edib”

2 Fevral 2026 23:37
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabadda baş verən amansız qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, qardaşı uşaqlarına balta ilə hücum etməkdə şübhəli bilinən şəxs hadisəni törətdikdən sonra qaçmağa çalışsa da, Beyləqan ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

"Əlini başına qoyub yalvarıb ki, əmisi başına vurmasın. O da əllərini kəsib. Sən dur körpəni doğra, belə şey olar?! Vəhşilikdir bu. Maşını götürüb Beyləqana qaçanda, orada tutub gətiriblər", - qonşulardan biri bildirib.

"Əmisi uzun müddət həbsxanada olub. Evdən pul, ya nəsə götürürmüş. Uşaq içəri girəndə  hadisəni yayındırmaq üçün baltadan istifadə edib. Cavan qız uşağı belə hadisənin qurbanı olsun", - deyə digər qonşu söyləyib.

Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən 15 yaşlı Həqiqət Nağıyeva anasının doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edilib.

Hazırda faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi başlanılıb. (baku.tv)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.