İqtisadiyyat

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

16 İyun 2020 23:59
Baxış: 2 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 2020-ci ilin yanvar-may aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 127,7 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 37,6 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 8,2 faiz azalıb.

Yanvar-may aylarında 672 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 ədəd az minik avtomobili istehsal olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.