Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində beynəlxalq auditor şirkətlərinin ekspertlərinin, Vergilər Nazirliyinin mütəxəssislərinin, eləcə də azərbaycanlı iş adamlarının iştirakı ilə "Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları" layihəsinin təqdimatı keçirilmişdir.
Nazirliyin Analitik-informasiya şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, layihənin məqsədi beynəlxalq və regional təşkilatları, ekspertləri cəlb etməklə Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları, həmçinin Azərbaycan Respublikası ilə Avropa Birliyi ölkələri arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli müqavilələr barədə Azərbaycanın iş adamlarına məlumat verməkdir.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov layihəni tədbir iştirakçılarına təqdim etmişdir. Vergilər Nazirliyinin mütəxəssisləri, o cümlədən "Ernst & Young" və "Deliotte & Touche" beynəlxalq auditor şirkətlərinin ekspertləri müxtəliv mövzularda təqdimatlarla çıxış etmişlər. "Ernst & Young" şirkətinin ekspertləri Arzu Hacıyevanın, Zaur Qurbanovun və Ruslan Mikayılovun "Avropa Birliyinin vergi qanununun əsas prinsipləri, şirkət formaları və korporativ verginin gələcəyi", "Avropa Birliyində bərabərlik prinsipləri" və "Avropa Birliyində korporativ vergi direktivləri" mövzularında çıxışları maraqla qarşılanmışdır. "Deliotte & Touche" auditor şirkətinin ekspertləri Tural Tağıyev və Emil Qarayev isə "Holdinqlərin rejimləri: Nə? Necə? Harada", "Nümayəndəlik və daimi nümayəndələr" mövzusunda təqdimatlar etmişlər.
Vergilər Nazirliyinin mütəxəssisləri tədbir iştirakçılarını Avropa Birliyində biznesin qeydiyyatı və vergi mühiti sahəsində aparılan siyasətlə tanış etmiş, "Avropa Birliyinə üzv dövlətlərin hüquqi şəxslərin reyestr şəffaflığı və hüquqi statusları", "Azərbaycan Respublikası və Avropa Birliyi dövlətləri arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr şəbəkəsi", "Dörd əsas sərbəstlik: malların, insanların (Şengen), maliyyənin və xidmətlərin sərbəst hərəkəti" mövzularında təqdimatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
İki gün davam edən tədbir fəal müzakirələr şəraitində keçib.
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda "Avropa Birliyi ölkələrində vergi mühiti və investisiya imkanları" layihəsinin təqdimatı keçirilib
15 Dekabr 2011 15:42
Baxış: 355

DİGƏR XƏBƏRLƏR
-
İran-İsrail gərginliyi Azərbaycanda qızılı bahalaşdıracaq? - AÇIQLAMA
-
Azərbaycanda bu ərazilərdə kazino oyunları təşkil ediləcək
-
Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib - FOTO
-
Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür - FOTO
-
Azərbaycan qızıla sərmayəni artırdı - 4 ayda 2.5 milyard dollarlıq idxal
-
Starbucks, Alshaya və Habitat Azərbaycanda gənc sahibkarlar üçün güclərini birləşdirir
XƏBƏR LENTİ
-
Bu rayonlarda işıq olmayacaq
-
Alkoqol istəyini əngəlləyən beyin hüceyrələri tapıldı
-
Hər gün bir fincan çay içməyin sağlamlığa 7 faydası
-
Şifrə girişi tarixə qovuşur: "Apple" avtomatik doldurma funksiyasını genişləndirir
-
Avtomobilin salonunda ideal təmizlik yaratmaq üçün sadə ÜSULLAR
-
Hər gün badam yemək olarmı?
-
Paltaryuyan maşında bu düymədən istifadə edərək pula qənaət edin
-
Bu qidalar tox tutur
-
Günün qoroskopu: Qarşı tərəflə dürüst olun
-
Kanalizasiyaya axıdılan bu su əslində faydalı imiş
-
Gərgin vaxtda Zakir Həsənov Minskə niyə gedib? – Səbəb açıqlandı
-
Oturaq işlər kişiləri sonsuzlaşdırır
-
İran Tel-Əvivi gecələr niyə vurur? – Səbəblər açıqlandı
-
Əhmədinejat sağdır - YENİLƏNİB
-
Bu qidaları yeyin, təzyiq probleminiz olmayacaq
-
Ərdoğan: Netanyahu bölgədə ən böyük təhlükədir
-
Əsgər gedənlərin nəzərinə!
-
Azərbaycanda gənc qız qəfil öldü - FOTO
-
"İran hələ İsrailə qarşı ciddi əməliyyat keçirməyib"
-
İran-İsrail gərginliyi Azərbaycanda qızılı bahalaşdıracaq? - AÇIQLAMA
-
ABŞ qırıcılarını Yaxın Şərqə yığır
-
İsrail Tehranı vurur - VİDEO
-
Azərbaycanda bu ərazilərdə kazino oyunları təşkil ediləcək
-
14 yaşlı oğlan qəfil öldü - Həkimlər həyəcan təbili çalır - FOTO