Azərbaycan qızıla sərmayəni artırdı - 4 ayda 2.5 milyard dollarlıq idxal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 2 milyard 527 milyon 305.1 min ABŞ dolları dəyərində 26 min 929.56 kiloqram qızıl idxal edilib.
APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 93 min 848.7 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 4 ayında Azərbaycanda qızıl istehsalı 1026.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 95 milyon 426 min ABŞ dolları dəyərində 1308.6 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 72 min 921 ABŞ dolları təşkil edib.
Aşağıdakı cədvəldə bu ilin ilk 4 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:
| Ölkələr | Qızılın həcmi, kq | Qızılın dəyəri, min ABŞ dolları |
| Rusiya | 4752,95 | 439260,21 |
| Avstraliya | 3703,7 | 325167,98 |
| Amerika Birləşmiş Ştatları | 2959,99 | 298858,96 |
| Böyük Britaniya | 2694,33 | 248928,16 |
| Meksika | 2107,72 | 185463,97 |
| Kanada | 1375,07 | 129773,39 |
| İsveçrə | 1131,09 | 108907,76 |
| Çin | 1173,72 | 108207,58 |
| Cənubi Afrika Respublikası | 1004,78 | 106014,35 |
| Qazaxıstan | 983,06 | 98340,62 |
| Türkiyə | 1072,39 | 97870,33 |
| Özbəkistan | 951,3 | 95319,85 |
| Braziliya | 1021,46 | 95318,81 |
| Almaniya | 1012,1 | 90445,28 |
| İspaniya | 502,32 | 52884,17 |
| Çinin xüsusi inzibati rayonu Honkonq | 184,29 | 16723,14 |
| Filippin | 127,31 | 12773,16 |
| İtaliya | 71,95 | 7199,62 |
| Qırğızıstan | 36,85 | 3938,04 |
| Yaponiya | 37,88 | 3552,22 |
| Rumıniya | 13,12 | 1224,06 |
| Zimbabve | 12,2 | 1133,44 |

Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çinarə Məlikzadə 2-ci dəfə ərə getdi?
-
Qazın qiyməti bahalaşır
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Video)
-
Paytaxtın 14 küçəsində tıxac var
-
ÇL: "Bavariya" uduzdu, "Fənərbağça" İngiltərədə qələbə qazandı
-
1 şüşə mineral su ilə xırtıldayan gül kələmi qızartması resepti
-
2026-cı ilin sonuna qədər varlanacaq bürclər
-
Çay süfrələrinin sevilən şirniyyatı: Köstəbək tortu resepti
-
Wi-Fi routerini gecələr söndürün
-
Yarım qalan hər şey beynimizi məşğul edir: Zeyqarnik effekti nədir?
-
Minlərlə sakinin yaşadığı kənddə cəmi 1 küçə var
-
Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)





