Maraqlı

Kanalizasiyaya axıdılan bu su əslində faydalı imiş

17 İyun 2025 23:48
Baxış: 1 278
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yumurtaları qaynadarkən yaranan suyun bitkilər üçün faydalı olduğu məlum olub.

Milli.Az xəbər verir ki, yumurta qabığındakı kalsium qaynama zamanı suya keçir və bu mineral bitkilərin torpağının pH səviyyəsini qorumağa kömək edir. Nəticədə, bitkilər daha sürətlə və sağlam böyüyür.

Əkin üçün bu suyu soyudandan sonra torpağa tökmək faydalıdır. Bundan əlavə, əgər bitkilərin ətrafında ilbiz və digər həşəratlar varsa, yumurta qabıqlarını əzib bitkilərin ətrafına səpmək məsləhət görülür. Həşəratlar yumurta qabığını sevmədiyi üçün uzaqlaşır.

Bu sadə üsul bağbanlar üçün həm təbii, həm də sərfəli yardımçı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.