Ölkə

Ana qızını öldürübmüş - Azərbaycanda dəhşətli cinayətin üstü 23 il sonra açıldı

17 İyun 2025 18:20
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23 il əvvəl baş verən dəhşətli cinayət hadisəsinin üstü açılıb.

Milli.Az bildirir ki, qafqazinfonun məlumatına görə, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində olub.

Bu iş üzrə iki nəfər-Alidə Dadaşova və İsmayıl Quliyev cinayət məsuliyyətinə cəlb edilib. 

İstintaq materiallarında yazılıb ki, Alidə Dadaşova 23 il əvvəl yaşadıqları evdə azyaşlı qızını xüsusi amansızlıqla qətlə yetirib. Həmin vaxt onun əri həbsdə imiş. 

Davam edən istintaqla məlum olub ki, Alidənin tanışı İsmayıl Quliyev öldürülən azyaşlıya zorakılıq edibmiş. Bu da ananın cinayət törətməsinə əsaslardan biridir.

Alidə və İsmayıl düz 23 il bu cinayəti gizlədə bilib. Hazırda iş hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu gün hakim Fəxri Məmmədovun sədrliyi ilə ilk iclas keçirilib. Cinayət işi baxışa təyin edilib. Hadisənin təfərrüatı ilk baxış iclasında daha aydın olacaq. 

Təqsirləndirilən şəxslərə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla öldürmə, zorlama və başqa ağır maddələrlə ittiham verilib. Bu maddələrin sanksiya həddi ömürlük məhkumluğa qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.