14 yaşlı oğlan qəfil öldü - Həkimlər həyəcan təbili çalır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Cənubi Karolina ştatında yaşayan 14 yaşlı yeniyetmənin nadir bakterial infeksiyadan vəfat etməsi həkimləri narahat edib.
Milli.Az xəbər verir ki, William Hand iyunun 8-də meningokokksemiya adlı sürətlə yayılan qan infeksiyasından dünyasını dəyişib. Valideynləri onun bir neçə gün əvvəl özünü pis hiss etməyə başladığını və səhər tezdən duranda artıq vəziyyətinin ağır olduğunu bildiriblər.
Gənc William Hand Cənubi Karolinadakı Hughes Elm və Texnologiya Akademiyasını bu il bitirmişdi. Atası Will Hand sosial şəbəkədə yazıb: "Hər şey çox sürətlə baş verdi və Allah onu yanına aldı. Mən onu həmişə gülərüzlü, idman geyimində və xoş xatirələrlə xatırlayacağam."
Tibb mütəxəssisləri bildiriblər ki, meningokokksemiya Neisseria meningitidis adlı bakteriyanın qana keçməsi nəticəsində yaranır. Bu infeksiya tüpürcək və ya nəfəs vasitəsilə, məsələn, içki və ya qab paylaşmaqla bir insandan digərinə keçə bilir.
Cənubi Karolinada bu xəstəliklə bağlı son 1 ildə 12 hadisə qeydə alınıb və onlardan dördü ölümlə nəticələnib. Lakin rəsmi qurumlar bu halların bir-biri ilə əlaqəsi olmadığını və bunun epidemiya sayılmadığını açıqlayıb.
Həkim Anna-Katrin Burch bu infeksiyanın sürətlə inkişaf etdiyini və bəzən xəstəni xilas etməyin mümkün olmadığını deyib. Onun sözlərinə görə, simptomlara yüksək hərarət, şiddətli baş ağrısı, işığa həssaslıq, ürəkbulanma və qusma daxildir. Ən xarakterik əlamətlərdən biri isə dəriyə basdıqda itməyən bənövşəyi səpkidir - bu da dərialtı qan damarlarının zədələnməsini göstərir.
Mütəxəssislər bu xəstəliyə qarşı ən effektiv mübarizə üsulunun peyvənd olduğunu vurğulayıblar.
William Hand idmanla məşğul olan, musiqini sevən və ətrafına pozitiv enerji yayan bir yeniyetmə kimi xatırlanır. Onun qəfil vəfatı cəmiyyətdə böyük üzüntü doğurub.
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bethovenin karlığının mümkün səbəbi - 220 il sonra üzə çıxdı
-
"Vəziyyət kritik həddə çatır, Zelenski devriləcək"
-
"Real"ın futbolçularına və Mourinyoya bahalı BMW-lər verildi (Foto)
-
"Hitler"ə hökm oxundu
-
"Spotify" bu ölkədə dekabrın 1-dən bağlanır
-
“Taliban” qadın adlarını da qadağan etdi: “Keçi”, “inək”...
XƏBƏR LENTİ
-
Nigar Camal: "Deyirlər ki, bilirik necə qazanır 400 minlik maşın alır" - (Foto)
-
Sakit Orduxanlı vəfat etdi (Foto)
-
Vilyam Hacıyevin azadlıqda ilk Fotosu
-
Lalə Azərtaş 25 kq çəki atdı
-
Bethovenin karlığının mümkün səbəbi - 220 il sonra üzə çıxdı
-
Bakıda 87 minə “Zapı” satılır - (Foto)
-
"Vəziyyət kritik həddə çatır, Zelenski devriləcək"
-
Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?
-
Qumralın səhnədəki rəqsi gündəm oldu – (Video)
-
"Real"ın futbolçularına və Mourinyoya bahalı BMW-lər verildi (Foto)
-
Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran tutuldu
-
Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi
-
Aysun İsmayılova: "Dodağımdan başqa heç bir yerdə gel yoxdur" (Video)
-
"Hitler"ə hökm oxundu
-
BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)
-
Məhkəmə sənədləri 75 il arxivdə saxlanılacaq – Yeni qərar
-
Selena hər gün bir "banka" turşu yeyir
-
"Spotify" bu ölkədə dekabrın 1-dən bağlanır
-
5-ci sinif şagirdi qəzada öldü
-
Kəmalə Günəşlinin daha bir arxiv videosu yayıldı
-
28 yaşlı gənc qəflətən qatarın qarşısına çıxdı, öldü Yenilənib - Foto
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək





