İqtisadiyyat

Elman Rüstəmov: ""Amrah Bank"da çalışanların əməkhaqlarının verilməsi ilə bağlı tədbirlər görülür"

1 May 2020 12:59
Baxış: 2 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Amrah Bank" ASC-də çalışanların əməkhaqlarının verilməsi ilə bağlı tədbirlər görülür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, "Amrah Bank"da kapital itkisinə yol verilib. Bank rəhbərliyi ilə görüş zamanı kapitalın artırılması təklif olunub. Lakin buna imkanları olmadığı üçün bankın bağlanması tövsiyə edilib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli qərarı ilə "Amrah Bank" ASC-ə müvəqqəti inzibatçılar təyin edilib, aprel 28-də isə bankın lisenziyası ləğv olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.