İqtisadiyyat

KOBİA-nın "Könüllülər ili"nə töhfəsi: "Könüllünün özəl kitabı" nəşr olunub

23 Aprel 2020 18:00
Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilib. "Könüllülər ili"nə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və "KOB könülllüləri"nin təşəbbüsü ilə "Könüllünün öz/əl kitabı" nəşr edilib.

Milli.Az xəbər verir ki, agentlikdən Trend-ə bildirilib ki, könüllülük fəaliyyətinin təşviqi məqsədilə çap olunmuş kitab işgüzar inkişafında, karyerasında müvəffəqiyyət qazanmaq istəyən, könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü olan tələbələrə, həmçinin onların valideynlərinə, fəaliyyətlərinə könüllü cəlb etmək istəyən dövlət və özəl qurumlara ünvanlanıb.

13 min tirajla nəşr olunmuş "Könüllünün öz/əl kitabı" könüllülüyün tarixi, bu sahədə beynəlxalq təcrübə, könüllülərlə işin təşkili, ölkəmizdə fəaliyyət göstərən milli könüllü təsisatları barədə məlumatların yer aldığı 13 bölmədən ibarətdir.

Gənclərin və könüllülərin gələcək fərdi və biznes yönümlü inkişafında, o cümlədən karyera planlamasında əhəmiyyətli vasitələrdən olacaq "Könüllünün öz/əl kitabı" 2020-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz olaraq paylanılacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.