İqtisadiyyat

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb

16 Aprel 2020 08:56
0 Şərh     Baxış: 2 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 284 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 obyekt azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyi məlumat verir.

Məlumata əsasən, mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin martı ilə müqayisədə 15 obyekt azdır.

2020-ci ilin martında Türkiyədə 108 670 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 3,4 faiz çoxdur.

Ötən ay əcnəbilər Türkiyədə 3 036 daşınmaz əmlak əldə edib. Bu, 2019-cu ilin martı ilə müqayisədə 3 faiz azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.