İqtisadiyyat

Pərviz Şahbazov “OPEC plus” ölkələri nazirlərinin bu gün keçiriləcək online görüşündə iştirak edəcək

12 Aprel 2020 18:25
Baxış: 1 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Bakı vaxtı ilə saat  20.00-da OPEC və qeyri-OPEC ölkələrinin nazirləri online formatda görüşəcəklər. 

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüş OPEC və qeyri-OPEC ölkələri nazirlərinin  9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutur.

Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman sədrliyi və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın həmsədrliyi keçiriləcək görüşə OPEC və "Əməkdaşlıq Bəyannaməsi"ndə iştirak edən qeyri-OPEC ölkələrinin  nazirləri qatılacaq. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da  "OPEC plus" ölkələri nazirlərinin  müzakirələrində iştirak edəcək.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə müvafiq olaraq 10-8-6 mln.barrel həcmlərində azaldılması barədə qərar qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.