Tramp “tvitlədi”, neft sıçradı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ prezidenti Donald Tramp bu gün özünün bir tvit-i ilə ümidsiz şəkildə uculaşmaqda, hətta dəyərini tamamilə itirməkdə olan nefti kəskin bahalaşdırıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Tramp Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft hasilatına dair yeni sövdələşmənin anonsunu verib və dərhal birjalarda neftin qiyməti sıçrayışla artıb.
"Mən elə indicə vəliəhd şahzadə, dostum Məhəmməd bin Salmanla danışdım, hansı ki, o da prezident Putinlə danışıb və mən gözləyirəm ki, onlar neft hasilatını 10 milyon barrelə qədər ixtisar edəcəklər, ola bilsin daha da çox",-Tramp yazıb.
ABŞ prezidenti qeyd edib ki, əgər tərəflər razılaşsalar bu neft və qaz sənayesi üçün gözəl xəbər olacaq. Trampın sözlərinə görə, hasilatın hətta 15 milyon barrel azaldılması mümkündür.
ABŞ prezidentinin bu rəqəmləri haradan götürdüyü məlum deyil. Çünki hətta OPEC+ razılaşması çərçivəsində belə neft ölkələrinin hasilatı azaltması bundan dəfələrlə az-sutkada cəmi 1.5 milyon barrel idi. Razılaşma pozulandan sonra Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 9 milyon barreldən 12 milyon barrelə qədər artırıb. Koronavirus pandemiyasının dünya iqtisadiyyatını iflic etməsinin də təsiri ilə neftin qiyməti kəskin aşağı düşüb.
Artıq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Salman arasında danışıqların baş verdiyini təkzib edib. Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak da Ər-Riyadla təmasların olmadığını açıqlamışdı. Bununla belə Putin özü deyib ki, Rusiya OPEC və ABŞ-la danışıqlar aparır.
Bu cür ziddiyətli xəbərlər fonunda "Brent" markalı neftin qiyməti az qala 15 faiz bahalaşaraq 1 barrel üçün 30 dollara çatıb , WTI markalı neft isə 25 dollara qədər bahalaşıb. Bahalaşmanın nə dərəcədə davamlı olacağı hələ məlum deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı - (Foto)
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)





