İqtisadiyyat

Sahil Babayev: “Sahibkarlar distant iş modelindən istifadə edə bilərlər”

24 Mart 2020 08:42
Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hər gün əmək müqavilələri ilə bağlı monitorinq aparılır. Dünəndən başlayaraq, bütün işəgötürənlərə bildirişlər təqdim edilib. Onlar dövlətin verəcəyi dəstəklə bağlı məlumatları alırlar".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, dövlət birtərəfli addım atmır: "Dövlət bəyan edir ki, işəgötürənlərə dəstək göstərəcək, müxtəlif alətlərdən istifadə ediləcək. Amma sahibkarlarımızdan da, korporativ məsuliyyət, sosial həmrəylik gözləyirik. Onlar da öz işçiləri ilə bağlı koronavirus pandemiyası dövrü üçün güzəştlərini etməlidirlər. İşəgötürənlər müxtəlif alətlərdən istifadə edə bilərlər. İşçilərə növbəti əmək məzuniyyəti verilməli idi ki, bundan istifadə edilə bilər. Digər məzuniyyət hüquqlarından istifadə edilə bilər, distant iş modelindən yararlanmaq olar. Bu modellərin hər biri haqqında biz işəgötürənlərə məlumat vermişik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.