İqtisadiyyat

Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib

26 Fevral 2020 17:13
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz KOB İnkişaf Mərkəzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən startap və kiçik sahibkarların iştirakı ilə təlim keçirilib.

Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, "Korporativ hüquq" mövzusunda təşkil olunmuş budəfəki təlimdə əmək hüququ, kommersiya qurumlarının yaradılması, şirkətin ləğvi və yenidən təşkili, idarəetmə, müflisləşmə və sair məsələlər barədə ətraflı məlumat verilib, KOB-ları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz "KOB evi"ndə fəaliyyət göstərən KOB İnkişaf Mərkəzi kiçik və orta sahibkarları, biznesə yeni başlayanlara təlim və məsləhət xidmətləri göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.